Uklrayna növbəti raket və PUA hücumuna məruz qalıb.
Dekabrın 25-i səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya tərəfindən kütləvi raket hücumunun başladığı barədə məlumat yayıb.
Saat 05.24-də “Kalibr” tipli qanadlı raketlərin Ukrayna istiqamətinə hərəkət götürdüyü ilə bağlı məlumat yayılandan sonra bir neçə saat ərzində ölkənin müxtəlif ərazilərindən raket hücumu ilə bağlı məlumatlar daxil olmağa başlayıb.
Bundan əlavə, Ukrayna “Şahed” PUA-larının da hücumuna məruz qalıb. Bunlar Çerniqov vilayətinin şimalında, Sumı vilayətinin şimalında, Poltava vilayətinin şərq və cənubunda və Xarkov vilayətinin qərbində qeydə alınıb.
Həmçinin, saat 07.24-də raketlərədn birinin Moldova ərazisinə keçdiyi barədə məlumat yayılıb. Küetləvi raket hücumunun nəticələri barədə əlavə məlumat veriləcəyi gözlənilir./azpolitika.info