Ukrayna Milli Antikorrupsiya Bürosu bu yaxınlarda ölkənin müdafiə naziri vəzifəsinə təyin edilmiş Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerova qarşı cinayət işi açıb.
Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi sözügedən quruma tapşırıq verib.
İttihamlara görə, Umerov vəzifəsindən sui-istifadə edərək xidmətin maraqlarına zidd hərəkətlər edib. Bundan başqa, o, vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması ilə bağlı bəzi faktları gizlədib.