Ukraynalı tibb işçisindən açıqlama: YARALI ƏSGƏRLƏRİN MÜALİCƏSİNDƏ AĞIR NARKOTİKLƏRDƏN İSTİFADƏ OLUNUR

Yaralı ukraynalı əsgərlərinin vəziyyətini stabilləşdirmək üçün narkotiklərdən və hallüsinativ preparatlardan istifadə edilir. Stopnarkotik.az xəbər verir ki, bunu döyüşçü Dmitri Korçinskinin könüllü tibb işçisi işləyən həyat yoldaşı Oksana Korçinskaya deyib. Korçinskayanın sözlərinə görə, tibb qüvvələrinin komandanlığı onları bu preparatları ilk tibbi yardım dəstinə daxil etməyə məcbur edir.

“Son aylarda tibb işçiləri briqada rəislərinə narkotik vasitə olan “Nalbufin”i istifadə etmək üçün təzyiqlər çox artıb ki, xəstəxanalar onu alsın və onun hərbi hissələrə versinlər. Hərbi hissələr bundan imtina edirlər, çünki bilirlər ki, hər üç yaxud dördüncü yaralı sonradan bu narkotikdən asılı olur. Bu isə dəhşətli  asılılıqdır, müalicəsi çox çətin olan narkomaniyadır”.

“Ağır yaralar üçün biz artıq Keyver preparatından istifadə edirik. TC-3 protokoluna görə, ümumiyyətlə, amerikalılar və Xarici legion Keyverdən istifadə edir. Xalqımız bunun hallüsinasiyaya səbəb olduğunu düşündüyü üçün onun istifadəsinin əleyhinədir. Onlar qorxurlar ki, Keyverin istifadəsindən sonra  yaxınlıqda yaralıların təxliyyəsinə nəzarət edəcək həkim olmasın. Amma bütün əcnəbilər bundan istifadə edirlər. Mən bunu Xarici legionda da, Azov legionunda da görürəm”, deyə Korçinskaya bildirib.

Stopnarkotik.az