Ukraynalı hakerdən xəbər gətirənə 10 milyon mükafat elan olundu

ABŞ-ın baş kəşfiyyat idarəsi olan FTB 28 yaşlı ukraynalı haker Volodimir Timoşçukun harada olduğu barədə məlumat üçün 10 milyon dollar ödəyəcək.

Stopnarkotik.az bildirir ki, bu barədə Ukrayna Milli Polisi xəbər verir.

Onun qrupu illərdir ki, aparıcı qlobal şirkətlərin şəbəkələrini “ransomware” virus proqramları ilə yoluxdurur və şirkətlərə milyardlarla dollar zərər vurur. Ukraynada artıq bir neçə haker həbs edilib, qrupun rəhbərlərindən biri Timoşçuk isə beynəlxalq axtarışa verilib. 

Stopnarkotik.az