Ukraynada din xadiminin sərbəst buraxılması üçün 900 min dollar girov ödənildi

Kiyev-Peçersk Lavrasının həbsdə olan canişini mitropolit Pavel azad edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə onun vəkili Nikita Çekman “Telegram” kanalında bildirib.

Din xadimi üçün 900 min dollardan çox girov ödənilib. Vəsaiti mindən çox insan toplayıb.

Metropolit öz növbəsində onun azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib və din qardaşlarını birliyi qorumağa çağırıb.

Xatırladaq ki, mitropolit Pavel məzhəblərarası ədavəti qızışdırmaqda və Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünə haqq qazandırmaqda şübhəli bilinir.