Ukraynada 42 min nəfər itkin düşüb

Ukraynanın xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestrində hazırda 42 min nəfərin itkin düşdüyü bildirilir. 

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Vəziyyətlərdə İtkin Şəxslər İdarəsinin rəisi Dmitri Boqatyuk məlumat verib.

"Ümumilikdə, reyestr başlayandan itkin düşmüş hesab edilən 51 mindən çox şəxsin məlumatları daxil edilib. Hazırda həmin sıraya axtarışda olanlar da daxildir. Onlar təxminən 42 min nəfərdir", - məmur deyib. 

Qurum rəsmisinin sözlərinə görə, onlardan 3000 nəfərin yeri dəqiqləşib, sağ-salamatdırlar. Onların əksəriyyəti keçmiş hərbi əsirlərdir. Bundan əlavə, itkin düşmüş hesab edilən əksəriyyəti əsgər olan 4000 cəsəd var.

Boqatyuk döyüş bölgəsinə göndərilən hərbi qulluqçulardan DNT nümunələrinin götürülməsi baxımından da mövcud problemlərə diqqət çəkərək, hazırda ölkənin Müdafiə Nazirliyinin belə bir proseduru həyata keçirmədiyini qeyd edib.