Ukrayna və Belarusdan olan iki narkotik alverçisi saxlandı

Gürcüstan Daxili İşlər Nazirliyi və Gəlirlər Xidmətinin xüsusi əməliyyatı nəticəsində iki nəfər - Ukrayna (1980-ci il təvəllüdlü) və Belarus (2000-ci il təvəllüdlü) vətəndaşı saxlanıb. Onlar qanunsuz olaraq külli miqdarda narkotik almağa cəhddə ittiham olunurlar.

İstintaq çərçivəsində xaricdən göndərilən çantanın nəzarətli çatdırılması həyata keçirilib. İçəridə dəbilqədə gizlədilmiş təxminən yarım kilo metadon, həmçinin GPS naviqatoru olub.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslər narkotiklərlə əlaqəli cinayət sxemində iştirak ediblər.

Hər iki təqsirləndirilən şəxs Tbilisidə həbs edilib. Onları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Ülviyyə