UKRAYNA SUDJADAN ÇIXDI – Şəhər döyüşsüz təslim edildi / VİDEO

Ukrayna ordu birləşmələri Kursk vilayətindəki özünün əsas dayaq nöqtəsi olan Sudja şəhərini tərk edib.

Rusiya və Ukrayna “teleqram” kanalları bu barədə məlumat və videolar paylaşıblar.

Xəbərdə qeyd olunur ki, Ukrayna qoşunları şəhəri döyüşsüz tərk ediblər, buna görə də şəhər infrastrukturunda ciddi dağıntı müşahidə olunmur. Rusiya “teleqram” kanalları şəhərin boş küçələrindən görüntülər dərc edir.

Rusiya hərbçilərinin sözlərinə görə, Ukrayna qüvvələri Sudjanı faktiki olaraq döyüşmədən tərk edib. O da qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri təkcə bu şəhərdən deyil, tezliklə ümumilikdə Kursk vilayətindən tamamilə geri çəkiləcək.