Baş Kəşfiyyat İdarəsi (QUR) və Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri Rusiya Federasiyasının Rostov vilayətinin Kamensk-Şaxtinski rayonunda yerləşən "Atlas” neft anbarını Ukraynaya məxsus pilotsuz uçan aparatlarla vurub.
Bu barədə NV məlumat yayıb.
Mənbə bildirib ki, Dövlət Ehtiyatları üzrə Federal Agentliyin Cənub Federal Dairəsindəki idarəsinin "Atlas” zavodu işğalçı ölkənin qoşunlarını neft məhsulları ilə təmin etmək üzrə ixtisaslaşıb. Ona görə də obyekt Rusiya hərbi-sənaye kompleksinin mühüm tərkib hissəsidir.
Hadisə şahidlərinin sözlərinə görə, neft bazasında çənlərdə yanğın davam edir. Əməliyyatın təfərrüatlı nəticələri hələ ki dəqiqləşdirilir.