Ukrayna əsgərlərinə kömək etmək üçün tibbi çətənəni leqallaşdırmağa hazırlaşır.
Stopnarkotik.az xəbər verir ki, qanun layihəsinin yekun müzakirəsi noyabrın əvvəlində keçirilə bilər. Layihə təsdiqlənərsə, qanun qüvvəyə mindikdən 6 ay sonra həkim resepti olan ukraynalılara marixuana almağa icazə veriləcək.
Amma tibbi çətənədən istirahət məqsədilə istifadəyə icazə verilməyəcək və istehsal hökumətin nəzarətində olacaq. Gözlənilir ki, istifadəçilərin böyük əksəriyyətini müharibə veteranları təşkil edəcək.
Stopnarkotik.az