Ukrayna müharibə silahlarını özü istehsal edəcək

Ukraynanın müdafiə naziri Rüstəm Umerov və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada və Avropada silah istehsalının yerliləşdirilməsi ilə bağlı birgə layihələrin inkişafını müzakirə ediblər. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Umerov sosial şəbəkə hesabında paylaşım edib. Nazir bildirib ki, Kiyevdə səfərdə olan Kelloq ilə məqsədyönlü və səmimi söhbət aparılıb.

Tərəflər həmçinin davamlı və ədalətli sülhə nail olmaq yollarını da müzakirə ediblər. 

Stopnarkotik.az