Bizdə Ukraynanın “Kursk” Atom Elektrik Stansiyasıına zərbə endirməyə hazırlaşdığı barədə əməliyyat məlumatı var.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin “Teleqram” kanalında yazlıb.
Bildirilib ki, adıçəkilən ölkənin regionun radiaktiv maddələrlə çirklənməsivə səbəb olan texnogen fəlakət yaratmaq niyyətini reallaşdırmaq cəhdlərinə qarşı sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək.
Məlumatda həmçinin bu cür addımların Rusiyanı bu stansiyanı atəşə tutmqda ittiham etmək, bununla da Ukraynanın AES-lərinə zərbələn endirilməsinə zəmin yaratmaqdan ibarət olduğu vurğulanıb. Qeyd olunub ki, bu addımlar BMT-nin 13 aprel 2005-ci ildə qəbul etdiyi “Nüvə terrorçuluğu ilə mübarizə haqqında” qətnamənin tələblərinin pozulmasıdır:
“Kiyev rejiminin kontinentin Avropa hissəsində texnogen fəlakət yaratmaq və böyük ərazilərin radioaktiv maddələrlə çirklənməsinə yönələn addımlarına cavab olaraq dərhal sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək” – məlumatda belə deyilir.