Ukrayna Krım körpüsünü partlatdı - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsündə partlayış həyata keçirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə təhlükəsizlik xidmətindən məlumat verilib.

UTX agentləri iyunun 3-nə keçən gecə Krım körpüsünün dayaqlarını minalayıb və ilk partlayıcı qurğunu işə salıblar.

"Körpünün dayaqları ciddi zədələnib. Partlayış 1100 kq trotil ekvivalentində həyata keçirilib. Körpü qəzalı vəziyyətdədir", - məlumatda bildirilib.