Ukrayna Silahlı Qüvvələri yenidən Krımı Xerson vilayəti ilə birləşdirən yeganə Çonqar körpüsünə zərbə endirib.
Rusiya mediası xəbər verir ki, körpüyə 4 raket zərbəsi endirilib.
Körpü keçid üçün müvəqqəti bağlanıb, hazırda körpüyə dəyən zərərin həcmi müəyyənləşdirilir.
Qeyd edək ki, Ukrayna ilk dəfə iyulun 22-də Çonqar körpüsünə raket zərbəsi endirib. Məqsəd Krımdan Ukraynanın Xerson və digər vilayətlərindəki Rusiya qüvvələrinə təchizatın dayandırılmasına nail olmaqdır.