Ukrayna ilk dəfə ABŞ raketi ilə Rusiyanı vurdu

Ukrayna Müdafiə Qüvvələri ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Müdafiə Qüvvələrindəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib:

“Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb”.