UKRAYNA ALİ RADASI TİBBİ ÇƏTƏNƏNİN LEQALLAŞDIRILMASINI QƏBUL ETDİ

Ukraynada tibbi çətənənin leqallaşdırılması haqqında qanun birinci oxunuşda qəbul edilib. Stopnarkotik.az bildirir ki, bu barədə Ukrayna xalq deputatı Yaroslav Jeleznyak Teleqram kanalında xəbər verir. 268 deputat leqallaşmanın “lehinə” səs verib. 7457 nömrəli müvafiq qanun layihəsi birinci oxunuşda dəstəklənib.

Adından da göründüyü kimi, çətənə cinsindən olan bitkilərin (kannabis) tibbi, istehsalat məqsədləri, elmi və elmi-texniki fəaliyyətlər üçün dövriyyəsinin qanuniləşdirilməsi nəzərdə tutulur. Məqsəd xəstələrin müharibə nəticəsində yaranan posttravmatik stress pozğunluğunun və xərçəngin müalicəsinə çıxış imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.

Qanunda çətənə, onun qatranı, ekstraktları və cövhəri, eləcə də bəzi ölkələrdə tibbi istifadə üçün hazırda təsdiqlənmiş ilk və yeganə kannabinoid olan tetrahidrokannabinolun (THC) məhdud leqallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sintetik tetrahidrokannabinolun (THC) əsasında hazırlanan preparatlar bir sıra Qərb ölkələrində xərçəng üçün kimyaterapiyanın əks təsirlərini durdurmaq üçün istifadə olunur. Tədqiqatlar tetrahidrokannabinolun qlaukoma, Turetta sindromu, şizofreniya, müxtəlif psixozlar, fantom ağrıları, neyropatik ağrı və bir sıra digər xəstəliklər üçün təsirli ola biləcəyini təsdiqləyir.

Bəs ukraynalılara tibbi çətənənin leqallaşdırılması nə üçün lazımdır?

İzahat qeydində göstərildiyi kimi, Ukraynada narkotik və psixotrop maddələrə aid preparatlarla iş sahəsində heç bir tənzimləmə yoxdur, lakin eyni zamanda keyfiyyətli tibbi xidmət göstərmək, xəstələrin əziyyət çəkməsinin qarşısını almaq və mürəkkəb xəstəliklərdən sağalmağa kömək etmək lazımdır.

Ukraynada tibbi çətənənin leqallaşdırılması xüsusilə aşağıdakı kateqoriyalar üçün aktualdır:

epilepsiyası olan uşaqlar,

xərçəng xəstələri,

sağalmaz xəstəliklərdə palliativ qayğıya ehtiyacı olan xəstələr,

Post-travmatik stress vəziyyətində olan müharibə veteranları.

Terapevtik effekt və dünya təcrübəsi

Dəyişikliklər beynəlxalq tədqiqatlar və araşdırmalar əsasında hazırlanır. Kannabidiolun (CBD) terapevtik təsiri də ixtisaslaşmış beynəlxalq qurumların nəticələri ilə təsdiqlənir.

Məsələn, 2018-2019-cu illərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Narkomaniya üzrə Ekspert Komitəsi, klinikaya qədərki və klinik tədqiqatların məlumatlarına əsaslanaraq, kannabiodolun (CBD) psixoaktiv maddə olmadığı, narkotik intoksikasiya, asılılıq vəziyyətinə gətirib çıxarmadığı, ciddi yan təsirlərinin olmadığı, lakin mühüm terapevtik potensiala sahib olduğu qənaətinə gələn hesabatlar dərc etdi.

Yalnız çiçəklərinin quru kütləsinin üçdə ikisində 1% -dən çox tetrahidrokannabinolun (THC) ehtiva edən çətənə növləri böyük dozalarda müntəzəm istifadə nəticsində mənfi təsir göstərə bilər. Eyni zamanda, ( kannabiodolun (CBD)-nin yüksək dozada oral qəbulunun tetrahidrokannabinolun təsirinə bənzər təsirlərə səbəb olmadığı və bədənin psixomotor funksiyalarında heç bir dəyişikliyə səbəb olmadığı müəyyən edilmişdir.

Bu günə qədər, fitokanabinoidlərin tetrahidrokannabinoldan heç bir növünün insanı asılılığa saldıığına dair dəlil yoxdur.

BMT-nin Narkotiklərə Beynəlxalq Nəzarət Şurası 2019-cu il hesabatında beynəlxalq hüququn tələblərinə uyğun olaraq tərkibində narkotik maddələr olan dərman vasitələrinin mövcudluğunun zəruriliyini vurğulayır. 2018-ci ildə Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi sirrin tibbdə istifadəsi ilə bağlı tövsiyələri yeniləyib. Bu cür tapıntılar sirrin tibbi və elmi məqsədlər üçün istifadəsinin qanuniləşdirilməsinə təkan verdi.

Onun tibbdə istifadəsinə Almaniya, İspaniya, Hollandiya, İtaliya, Çexiya, Fransa, Portuqaliya, Polşa, Yunanıstan, Avstriya, Danimarka, Belçika, Norveç, həmçinin İsrail, Böyük Britaniya, ABŞ və Kanada daxil olmaqla dünyanın 56 ölkəsində icazə verilir. Ukrayna alimləri həələ ki, qanuni məhdudiyyətlər səbəbindən kannabinoidləri sərbəst şəkildə araşdıra bilmirlər.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, tibbi kannabionidlərin leqallaşdırılması ukraynalı xəstələrə sirr əsasında dərman əldə etmək imkanı verəcək, kannabisə əsaslanan dərmanların klinik sınaqları vasitəsilə tibb elminin və əczaçılıq sənayesinin inkişafına töhfə verəcək, tərkibində icazə verilən miqdarda narkotik maddələr olan çətənə yetişdirilməsinə imkan verəcək.

Stopnarkotik.az