Ucar rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ucar rayonunun Yuxarı Şilyan kəndində ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 9 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.