Ucarda kiberdələduzluqla bağlı maarifləndirmə işi aparılıb - FOTO

Kiberdələduzluq və bank kartlarında oğurluq hallarının qarşısının alınması məqsədi ilə Ucarda əhali arasında maarifləndirmə işi gücləndirilib. 

Stopnarkotik.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu küçə və prospektlərdə, ticarət və iaşə obyektlərində, bankomatların, həmçinin ödəmə terminallarının ətrafında məlumatverici lövhələr asılıb, sakinlərlə bu mövzuda profilaktiki söhbətlər aparılıb və zəruri məlumatlar verilib. 

Tədbirlər zamanı vətəndaşlara izah olunub ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açmamalıdırlar. 

Polis əməkdaşları, vətəndaşlara, xüsusən təqaüdçülərə tanımadıqları şəxslərdən kömək istəməməyi, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.

Stopnarkotik.az