"TƏYYARƏNİ PUA VURDU" - Qəzadan sağ çıxan sərnişin / VİDEO

Məlum olduğu kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Qeyd edək ki, AZAL-ın məlumatına görə, qəza zamanı göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, onlardan 30-u sağ qalıb. Məlumat üçün bildirək ki, sözügedən hadisə ilə bağlı müxtəlif iddialar var. Belə iddialardan biri də təyyarənin kənardan müdaxilə, yəni hücum nəticəsində zərər görməyi və qəzaya uğramağı ilə bağlıdır.

Bu gün sağ qalan sərnişinlərdən birinin sosial şəbəkələrdə yayılan videosunda da təyyarənin pilotsuz uçuş aparatı (PUA) tərəfindən vurulduğu iddia olunur. Həmin sərnişin təyyarənin quyruq hissəsini göstərərək "Təyyarəni PUA vurdu", - deyə bildirir./azpolitika.info