Avstraliyanın şimalında yüngül mühərrikli təyyarə bəndə çırpılaraq çoxlu duzlu su timsahlarının yaşadığı su axarına düşüb.
Bu barədə “NT News” qəzeti məlumat yayıb.
Təyyarə qəzasının Middle Point kəndi yaxınlığında baş verdiyi qeyd edilib.
Qəza nəticəsində 63 yaşlı pilot həlak olub, 29 yaşlı sərnişin isə xəsarət almayıb.