Çanaqqala savaşından bəri qan bağımız var, türklər həmişə yanımızda olublar.
Bunu Suriyanın yeni hökumətinin birgə qüvvələrinin zabiti Bilal Mustafa “Yeni Şafak”a deyib.
“Türkiyə xalqı ilə Suriya inqilabı arasında dərin bağlar mövcuddur. Çanaqqala döyüşündən bəri türklərlə qan bağımız var. Türk qardaşlarımız 2012-ci ildən Suriya inqilabı üçün bizimlə birlikdə şəhid olublar”, - suriyalı zabit belə söyləyib.
Bilal Mustafa Əsəd rejiminin zülmü üzündən 14 ildir Dəməşqə girə bilmədiklərini qeyd edib:
“Əlhəmdülillah, rejimi devirdik, Suriya azad edildi. Rəbbimizə sonsuz şükürlər olsun”.
Mustafa Türkiyənin hər sahədə nümunəvi bir ölkə olduğunu vurğulayıb:
“Türkiyə bütün ərəb ölkələrindən qat-qat yaxşı vəziyyətdədir. Türkiyə xalqı və hökumətinə minnətdarıq”./teleqraf.com