Türkiyəyə işləməyə gedən azərbaycanlı gənc itkin düşdü

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

Bu barədə onun valideyni sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, 22 yaşlı Həmid Məhərrəmov 4 gün əvvəl işləmək üçün Türkiyəyə gedib. Bakı aeroportunda polis əməkdaşları gəncin yaxınlarına Həmidin İstanbul şəhərinə uçduğunu bildiriblər.

Bundan sonra 4 gündür ki, ailəsi ondan xəbər ala bilmir.

H. Məhərrəmovun atası Türkiyədə onu görən həmyerlilərimizdən məlumat vermələrini xahiş edir./lent.az