Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub. Məlumatları Türkiyə KİV-lərinin Teleqram kanalları yayımlayıb.
Belə ki, son məlumata görə, təyyarə səhər saatlarında Trabzondan Azərbaycana yola düşüb. Saat 13:20-də geri qayıtmaq üçün yola düşüb. 27 dəqiqə sonra radarlardan yoxa çıxıb. Təyyarədə uçuş heyəti də daxil olmaqla 20 nəfər olub. Axtarış-xilasetmə işləri davam edir.
Stopnarkotik.az