Türkiyənin məşhur tarixi abidəsi ziyarətə bağlanır

Türkiyənin məşhur Qalata qülləsi zəlzələyə qarşı gücləndirmə və çöl təmir işləri ilə əlaqədar fevralın 23-dən etibarən bir ay müddətinə ziyarətçilərə bağlı olacaq.

Stopnarkotik.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, qüllənin 8-ci mərtəbəsi 2023-cü ilin noyabr ayında dam örtüyünün təmiri ilə əlaqədar ziyarətçilərə bağlanıb.

Proses zamanı qüllənin son hissəsinin konservasiyası başa çatdırılıb. Georadar tədqiqatları binanın əsas divarlarında və döşəməsində aparılıb.

Müəyyən edilmiş detallara uyğun olaraq qüllənin xarici görünüşü də təmir olunacaq. Bərpa işləri zamanı qüllənin əsas divarlarındakı 400-ə yaxın köçəri quş yuvası zədələnməyəcək.

Bütün işlər quş yuvaları və köçərilərin miqrasiya mövsümü nəzərə alınmaqla həyata keçiriləcək.