Türkiyənin 75 əyalətində son beş gündə silah qaçaqmalçılığına qarşı keçirilən “Mercek-21” əməliyyatı nəticəsində 1819 şübhəli haqqında tədbir görülüb.
Stopnarkotik.az xəbər verir ki, məlumatı Türkyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Nazirin yaydığı məlumata görə, əməliyyat nəticəsində müxtəlif markalı silah və sursat müsadirə edilib.
Bildirilib ki, əməliyyat nəticəsində İzmirdə 102, Adanada 91, Mersində 69, Qaziantepdə 49 şübhəli saxlanılıb.
Şübhəlilər barəsində istintaq başlayıb.