Türkiyənin 3 vilayətində əməliyyat: 1,3 TON NARKOTİK ƏLƏ KEÇİRİLDİ

Türkiyədə Gömrük Mühafizə orqanı əməkdaşları Ağrı, Edirnə və Iğdırda keçirdiyi üç fərqli əməliyyatda ümumilikdə 4 milyard 385 milyon Türk Lirəsi dəyərində narkotik maddələr ələ keçirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, ölkəyə daxil olmaq üçün gömrük ərazisinə gələn şübhəli nəqliyyat vasitələrində axtarışlar aparılıb, 1167 kiloqramdan çox maye metamfetamin, 114 kiloqram marixuana, ümumilikdə təxminən 1,3 ton narkotik vasitə aşkarlanıb.

Faktla bağlı Doğubayazıt, Edirnə və Aralık Respublika Prokurorluqlarında cinayət işləri açılıb.