İsrail vətəndaşlarına Türkiyəni təcili tərk etmələri tövsiyə olunur, çünki orada terror aktları təhlükəsi yüksəkdir.
Stopnarkotik.az yerli KİV-ə istinadən istinadən xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Milli Təhlükəsizlik Şurası Türkiyədə İsrail vətəndaşları üçün təhlükə səviyyəsinin ən yüksək - dördüncü səviyyəyə qaldırıldığını qeyd edib.
Eyni zamanda, Mərakeşdə israillilər üçün terror təhlükəsinin səviyyəsi ikinci səviyyəyə qaldırılıb - onlara ehtiyat tədbirlərini gücləndirmək tövsiyə olunur.
Qeyd edək ki, bundan əvvəl də İsrail vətəndaşlarına Yaxın Şərq ölkələrinə getməmək və təcili olaraq Sinayı tərk etmək tövsiyə edilib.