Türkiyəli şəxs kokain almaq istəyərkən yaxalandı

Acarıstanda Türkiyə vətəndaşı xüsusilə külli miqdarda qanunsuz olaraq kokain almağa cəhddə ittiham olunaraq saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs xaricdən Gürcüstana göndərilən külli miqdarda kokaini öz adına almağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bağlamanın çatdırılmasına nəzarət ediblər, bundan sonra Türkiyə vətəndaşı təqsirləndirilən şəxs qismində saxlanılıb. Kokain qırmızı bibərin pastaya bənzər qarışığı olan bankalarda gizlədilib. Narkotik sübut kimi götürülüb.

Günahı sübuta yetirilərsə, 43 yaşlı əcnəbini 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.

Təqsiri sübuta yetirilərsə, məhbusu 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir. Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi çərçivəsində 2025-ci il iyunun 6-dək ümumilikdə 2370 narkotik cinayəti müəyyən edilib və 1712 nəfər saxlanılıb, onlardan 157-si narkotik vasitələrin satışı ilə bağlı olub.

Saxlanılanlar arasında Gürcüstan vətəndaşları ilə yanaşı, Azərbaycan, İran, İraq, Türkiyə, Rusiya, Rumıniya, Moldova, Ukrayna, Qazaxıstan, Böyük Britaniya, Latviya, Malayziya, Belarus və İordaniya vətəndaşları da olub.

Saxlanılanların əksəriyyəti narkotik maddə satmaqda ittiham olunur. 

Stopnarkotik.az