“Beşiktaş”ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan milli komandası haqqında qalmaqallı açıqlama verib.
Mütəxəssis Azərbaycan millisində türkiyəli məşqçilərə şans verilməməsindən narazılıq edib.
“Mən Azərbaycanı başa düşə bilmirəm. Qardaş ölkənin milli komandasıdır, türk komandası sayılır. Türkiyədə xeyli məşqçi var. Adamlar gedib milli komandaya “Beşiktaş”ın qovduğu Fernandu Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq, adamlar türkü gətirmirlər”, - deyə o bildirib.