TÜRKİYƏDƏ "ZƏNCİRLƏMƏ" ƏMƏLİYYATI: 100-dən çox gömrük işçisi saxlanıldı

Türkiyə Daxili İşlər Nazirliyi Mersin Gömrük İdarəsində məmur, gömrük müşaviri və məsləhətçi işçilərinə qarşı keçirilən "Zəncirləmə" əməliyyatı çərçivəsində 114 şübhəli saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu  barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə, saxlanılan şübhəlilərdən 34-ü dövlət məmuru olub.