Türkiyədə yüzlərlə əcnəbi saxlanıldı

Türkiyənin Ədirnə şəhərində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə aparılan yoxlamalar zamanı iki gündə 454 qanunsuz miqrant saxlanılıb.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Ədirnə Jandarm Komandanlığı və Təhlükəsizlik İdarəsi tərəfindən şəhərin mərkəzində və rayonlarda yoxlamalar davam etdirilir.

Şəhərdə saxlanılan taksi avtomobillərində Suriya vətəndaşı olan 9 qanunsuz miqrant aşkarlanıb.

Qeyd edilir ki, Ədirnə və rayonlarında jandarm və sərhəd zabitləri tərəfindən aparılan yoxlamalar zamanı habelə Pakistan, İraq, Əfqanıstan və İran vətəndaşlarından ibarət 445 qanunsuz miqrant aşkar edilib.