Türkiyənin Mersin şəhərində iki nəfəri bıçaqla yaralayaq qaçıb gizlənən, daha sonra isə onu axtaran polislərə sosial şəbəkələrdə "meydan oxuyan" cinayətkar saxlanılıb.
Stopnarkotik.az Oxu.az-a istinadən xəbər verir ki, cinayətkar video paylaşaraq, "17 yaşımdan həbsxanaya girib-çıxan adamam, məni helikopterlə tutmağa cəhd edirsiniz?" - deyərək polislərə mesaj göndərib.
Lakin cinayətkar qısa müddət sonra tapılaraq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı hərəkətinə görə polislərdən üzr istəyib və cinayəti törətdiyini etiraf edib.