Türkiyənin Adana şəhərində silahlı insident olub.
Stopnarkotik.az Haber Global-a istinadən xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər. Hadisə zamanı 4 nəfər güllə yarası alıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis törədən şübhəlilərin axtarışına başlayıb.