Türkiyədə silah qaçaqmalçılarına qarşı genişmiqyaslı əməliyyat: MİNLƏRLƏ SİLAH ƏLƏ KEÇİRİLİDİ

Türkiyənin bütün əyalətlərində silah qaçaqçılarına qarşı əməliyyat keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, “Mercek-25” əməliyyatı çərçivəsində ümumilikdə 2738 silah, o cümlədən 1595 sənədsiz tapança, 442 boş güllə atan tapança, 45 uzun lüləli tüfəng, 655 sənədsiz ov tüfəngi ələ keçirilib.

Həmçinin, 2459 şübhəli haqqında hüquqi prosedur başladılıb.

Nazir silah qaçaqçılarına qarşı mübarizənin davam edəcəyini bildirib.