Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşdı: 25 NƏFƏR XƏSARƏT ALDI

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.

Stopnarkotik.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

İçərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri, polis və jandarma qrupları sövq edilib.