Türkiyədə prezident və parlament seçkiləri... - SƏSLƏR TAM OLARAQ SAYILDI, ƏRDOĞAN 49,24 FAİZ SƏS TOPLAYIB

Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

    Bildirilib ki, prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.

    “Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb.

    Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Məhərrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

    *** 09:30

    Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 98,88 faizi sayılıb.

    Stopnarkotik.az xəbər verir ki, son dəqiqə verilən məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kamal Kılıçdaroğlu 45 faiz, Sinan Oğan 5,20 faiz səs yığıb.

    *** 04:41

    Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.

    Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

    Onun sözlərinə görə, yerli vaxtla 02:25-ə olan məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan 49,49 faiz, Kamal Kılıçdaroğlu 44,79 faiz, Sinan Oğan 5,29 faiz, Məhərrəm İncə 0,43 faiz səs yığıb.

    *** 00:28

    Türkiyədə seçki qutularının 92,7%-i açılıb (178 min 173 qutu).

    Stopnarkotik.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

      Son məlumata görə:

      Rəcəb Tayyib Ərdoğan: 49,94%,

      Kəmal Kılıçdaroğlu: 44,30%,

      Sinan Oğan: 5,30%,

      Məhərrəm İncə: 0,47% səs toplayıb.

      *** 23.09

       

      Türkiyədə seçki qutularının 82,69%-i açılıb (158 min 941).

      Stopnarkotik.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

      Son məlumata görə:

      Rəcəb Tayyib Ərdoğan: 50,50%,

      Kamal Kılıçdaroğlu: 43,70%,

      Sinan Oğan: 5,31%,

      Məhərrəm İncə: 0,49% səs toplayıb.

      *** 22:48

      Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 76,14 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,89 faiz səslə öndədir.

      Stopnarkotik.az xəbər verir ki, ikinci yerdə 43,30 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

      Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).

      Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

      Parlament seçkilərində səsvermə bülletenlərinin 60,47 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 37,16 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,30 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,38 faiz, İYİ Partiya 9,89 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

      *** 22:06

      Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 65,72 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,43 faiz səslə öndədir.

      Stopnarkotik.az xəbər verir ki, ikinci yerdə 42,74 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

      Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,32 faiz).

      Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

      Parlament seçkilərində səsvermə bülletenlərinin 45,28 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 38,08 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 22,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 11,86 faiz, İYİ Partiya 9,71 faiz, Yaşıl Sol Partiya 8,10 faiz səs toplayıb.

      *** 21:31

      Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 51,39 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,11 faiz səslə öndədir.

      Stopnarkotik.az xəbər verir ki, ikinci yerdə 42,02 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

      Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,34 faiz).

      Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

      Parlament seçkilərində səsvermə bülletenlərinin 27,23 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 39,39 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 20,72 faiz, Milliyyətçi Hərəkat Partiyası 12,55 faiz, İYİ Partiya 9,34 faiz, Yaşıl Sol Partiya 8,20 faiz səs toplayıb.

      ***20:56

      Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 41,79 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,69 faiz səslə öndədir.

      Stopnarkotik.az xəbər verir ki, ikinci yerdə 41,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

      Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,37 faiz).

      Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

      Parlament seçkilərində səsvermə bülletenlərinin 16,76 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 41,64 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 18,90 faiz, Milliyyətçi Hərəkat Partiyası 13,34 faiz, İYİ Partiya 8,86 faiz, Yaşıl Sol Partiya 8,09 faiz səs toplayıb.

      *** 20:50

      Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri başa çatıb.

      Stopnarkotik.az xəbər verir ki, yerli vaxtla 17:00-dan sonra bütün seçki məntəqələri seçicilər üçün bağlanıb və səslərin hesablanması prosesi başlayıb.

        Qeyd edək ki, səsvermə nəticələri Ali Seçki Şurası (YSK) tərəfindən rəsmi olaraq hər saat başı açıqlanacaq, 23:59-a qədər isə müvəqqəti nəticələr bəlli olacaq.

        Bundan əlavə, hər siyasi partiya da səsvermənin nəticəsinə dair açıqlamalar verəcək. 21:00-dan etibarən isə yayım qadağası tamamən aradan qaldırılacaq.

        Xatırladaq ki, seçki çərçivəsində 60 milyon 697 min 845 seçicinin 191 min 910 seçki qutusunda səs verməsi nəzərdə tutulub.

        *** 16:01

        Türkiyenin Milliyətçi Hərəkət partiyası (MHP) sədri Dövlət Baxçalı ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.

        Stopnarkotik.az xəbər verir ki, Dövlət Baxçalı Ankarada səs verib.

          Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilərdə 3 namizəd iştirak edir.

          *

          *** 13:24

          Sinan Oğan səsvermədə iştirak etdi

          Türkiyədə Ata Alyansının prezidentliyə namizədi Sinan Oğan Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.

          Stopnarkotik.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib ki, bütün vətəndaşlarımıza buradan səslənmək istəyirəm: “Xahiş edirəm, hamı səs versin. Bu seçkini bayram əhval-ruhiyyəsində keçirək, xeyirli olsun".

          *

          *** 12:49

          Ərdoğan səsvermədə iştirak edib

          AKP partiya sədri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.

          Stopnarkotik.az xəbər verir ki, o, səsvermə prosesinə İstanbul şəhərində qatılıb.

            Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, seçkilər problemsiz keçir.

            *

            *** 12:45

            Kılıçdaroğlu səsvermədə iştirak edib

            CHP sədri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu Prezident və 28-ci çağırış Parlament seçkiləri çərçivəsində səsvermə hüququndan istifadə edib.

            Stopnarkotik.az xəbər verir ki, o, səsvermə prosesinə Ankarada “Arjantin” tam orta məktəbində qatılıb.

            *

            *** 09:01

            Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir.

            Stopnarkotik.az xəbər verir ki, bu gün Türkiyədə həm ölkə prezidenti, həm də millət vəkilləri seçilir. Seçki məntəqələri Türkiyə vaxtı ilə saat 08:00-da açılıb və saat 17:00-da bağlanacaq. Ölkə üzrə 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Ölkə daxilində 60 milyon 700 minə yaxın seçici qeydə alınıb.

            Prezidentlik uğrunda üç namizəd yarışır.

            Parlament seçkilərində iştirak edən bəzi partiyalar 4 seçki blokunda birləşərək ittifaq yaradıblar: Sosialist Güc Birliyi İttifaqı (TKP, TKH, Sol Partiya), Cumhur İttifaqı (BBP, AKP, YRP, MHP. HÜDA-PAR), Əmək və Azadlıq İttifaqı (YSP, TİP), Millət İttifaqı (CHP, İYİ Partiya. Demokrat, Gələcək, DEVA və Səadət partiyaları)

            Şənbə günü saat 18:00-dan başlayaraq təbliğat 24 saat ərzində qadağan edilib. Təbliğat məzmunlu xəbərlər və yayımlar bazar günü seçki məntəqələri bağlanana qədər qadağa altında olacaq.

            Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İnce seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. Yüksək Seçim Qurumu isə (Türkiyənin Mərkəzi Sseçki Komissiyası) bildirib ki, İnceye verilən səslər etibarlı sayılacaq.

            Prezidentlik uğrunda yarışan namizədlərdən biri səslərin 50 faizini yığarsa, birbaşa prezident seçiləcək.

            Səslərin yarısı heç kim tərəfindən yığılmasa seçkilərin ikinci turu keçiriləcək.

            Türkiyədə prezidentlik vəzfəsinin icrası müddəti 5 il çəkir.