Türkiyədə polis idarəsinə silahlı hücum: ÖLƏNLƏR VAR - YENİLƏNİB-1

Türkiyədə polis bölməsinə silahlı hücum edən 16 yaşlı oğlan xəstəxanada ölüb.

Bu barədə yerli mediada məlumat yayılıb.

***11:36

Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum nəticəsində yaralananların sayı 6-ya çatıb.

Bu barədə NTV məlumat yayıb.

Hadicə nəticəsində 2 polis əməkdaşı həlak olub.

Silahlı hücumun 16 yaşlı şəxs tərəfindən edildiyi bildirilir.

***10:58

Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində iki polis həlak olub, biri yaralanıb.

Hücum edən şəxsin 16 yaşında olduğu deyilir.