Türkiyədə polisə atəş açan şəxsə bağlı İran vətəndaşı saxlanıldı

Bildiyimiz kimi, bu gün Türkiyənin İzmir şəhərində yeniyetmə Salih İşgerenin polis bölməsinə silahlı basqın etməsi nəticəsində iki polis əməkdaşı həlak olub. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X profilində məlumat verib.

Hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılan 16 yaşlı yeniyetmə olub. 

Hadisə ilə bağlı son məlumata görə, 16 yaşlı Salih İşgerenlə  əlaqəsi olan İran vətəndaşı Xaleq Nuriborojerdi İstanbulda (Esenyurt) saxlanılıb.

Stopnarkotik.az