Türkiyədə oteldə güclü yanğın: 66 ÖLÜ, 51 YARALI - YENİLƏNİB

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bolu Kartalkayada hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını, 51 nəfərin yaralandığını açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir", - nazir qeyd edib. 

***10:01

Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə zamanı daha 32 nəfər yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil.

***09:56

Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində oteldə baş verən yanğın nəticəsində altı nəfər ölüb, 31 nəfər yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım xidməti cəlb edilib.

Məlumata görə, oteldəki insanlar təxliyə olunub.