Türkiyədə neft quyusunda partlayış: ölən və yaralanan var

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Stopnarkotik.az “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi qaz sıxışması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb.