Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
O bildirib ki, əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib.
Nazir qeyd edib ki, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb.