Bu gün səhər saatlarında İstanbul Respublika Prokurorluğu tərəfindən futbolda mərc oyunları və danışılmış oyunlarla əlaqədar araşdırmalarla bağlı yeni əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyat nəticəsində çoxsaylı peşəkar futbolçular və klub rəhbərləri haqqında həbs qərarı çıxarılıb. Saxlanılanlar arasında futbol şərhçisi Ahmet Çakar da var. “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan Baltacı da ifadə verməyə çağırılıb.
İstintaqın diqqət mərkəzində oyunun nəticəsi ilə bağlı qeyri-qanuni mərc oynanılması və bəzi şəxslərin bu prosesdə matçların həllində iştirak etməsi ilə bağlı iddialar var.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu 27 oktyabr 2025-ci ildəki açıqlamasında bu sözləri deyib: "371 hakimin mərc hesabı var və onlardan 152-nin aktiv mərc oynadığı aşkarlanıb. Onun bu sözlərindən sonra araşdırmalar başlayıb.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqın birinci mərhələsində əksəriyyəti hakim olan 21 nəfərə qarşı axtarış-saxlanılma tədbirləri həyata keçirilib, “Eyüpspor” prezidenti də daxil olmaqla 8 nəfər həbs edilib.
149 hakimə 8 aydan 12 aya qədər diskvalifikasiya cəzası verilib.
TFF mərc oyunlarının araşdırılması çərçivəsində hakimlərin və menecerlərin araşdırmasından sonra ehtiyat tədbiri olaraq 1024 oyunçunu Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib. 102 futbolçu 45 gündən 12 aya qədər diskvalifikasiya olunub.