TÜRKİYƏDƏ ƏMƏLİYYAT: 41 nəfər saxlanıldı, külli miqdarda narkotik ələ keçirildi

Türkiyədə narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Stopnarkotik.az bu barədə yerli mediaya istinadən xəbər verir.

Məlumata görə, eyni vaxtda bir neçə ünvana edilən basqın zamanı 2 kilo 700 qram kokain, 30 min ekstazi həbi, 1500 ədəd Hind keneviri bitkisi, 2 kilo 300 qram sintetik kannabinoid xammalı və digər narkotik maddələr, həmçinin 3 silah, 180 min TL nağd pul vəsaiti müsadirə olunub.

Əməliyyat nəticəsində 41 nəfər saxlanılıb. Onlardan 34-ü barəsində həbs qərarı verilib, 4 nəfər isə məhkəmə nəzarətində azadlığa buraxılıb.