Türkiyədə minimum ƏMƏK HAQQI ARTIRILDI

Türkiyədə minimum əmək haqqının məbləği artırılıb.

Stopnarkotik.az xəbər verir ki, ölkənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan bildirib ki, 1 yanvar 2024-cü il tarixindən etibarən minimum əmək 49% artımla 17 002 türk lirəsi (982 AZN - red.) müəyyən edilib.

Xatırladaq ki, hazırda ölkə ərazisində minimum əmək haqqının məbləği 11 402 lirədir (659 AZN - red.).