Türkiyədə “Kuyu-36” əməliyyatı: 157 nəfər saxlanıldı, xeyli silah-sursat ələ keçirildi

Türkiyədə İnterpol xətti ilə axtarılan şəxslərin rəhbərlik etdiyi iki mütəşəkkil cinayətkar dəstəyə qarşı “Kuyu-36” əməliyyatı keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 157 şübhəli saxlanılıb.

Həmçinin, 40 sənədsiz tapança, 10 avtomatik tapança, 5 tüfəng, 3 AK-47 uzun lüləli avtomat, 2 əl bombası, 9 gülləkeçirməz jilet və müxtəlif növ ləvazimatlar ələ keçirilib.