Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbulda İŞİD-lə əlaqəsi olmaqda, təşkilat adından maliyyə köçürmələri üçün kuryerlik etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Polisin 3 rayonda 9 ünvanda eyni vaxtda keçirdiyi əməliyyat zamanı 6 nəfər saxlanılıb.
Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, sənədsiz tapança və 865 ədəd patron götürülüb.