Dünən Türkiyədə üzərində 1 kilo 14 qram metamfetamin daşıyan Milad S. adlı İran vətəndaşı polis qüvvələri tərəfindən saxlanılıb.
Stopnarkotik.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, iranlı narkokuryer Bursa şəhərindən Əskişəhərə narkotik maddə apararkən polisin “Dayan” xəbərdarlığına məhəl qoymadığı üçün yüksək sürətlə hərəkət edən mikroavtobusla toqquşub.
Qeyd olunub ki, hadisə yerinə gələn polis İran vətəndaşını həbs edərək Əskişəhər Narkotiklərlə Mübarizə Prokurorluğuna göndərib.
Stopnarkotik.az