Türkiyədə insan alverinə qarşı əməliyyat: 8 azərbaycanlı qadın saxlanıldı

Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində fahişələrə və insan alverinə qarşı irimiqyaslı əməliyyat keçirilib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, bir neçə ünvanda baş tutan əməliyyatlarda 300 polis iştirak edib. Nəticədə qadınları fahişəliyə məcbur edən, onları müxtəlif ünvanlarda görüşlər təyin edən 5-i özbək olmaqla, 6 nəfər ələ keçirilib.

Həmçinin fahişəliklə məşğul olan 49 özbək, 8 azərbaycanlı, 4 türkmən də saxlanılıb. Əməliyyat baş tutan obyektlərdən 4 tapança, 84 fişəng, axtarışda olan 1 nəfər və külli miqdara pul ələ keçirilib.

Saxlanılanlardan 5 nəfər barəsində həbs qərarı, bir nəfər barəsində isə polisin nəzarəti altına verilmə haqqında iltizam tədbiri seçilib.