Türkiyənin "Ankaragücü" klubunun prezidenti Faruk Koca saxlanılıb.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, buna funksionerin "Rizəspor"la Superliqanın XV turunun matçında baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.
Onunla birlikdə daha iki nəfər saxlanılıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Rizəspor” əlavə edilən 7-ci dəqiqədə hesabı bərabərləşdirib. Hazırda “Ankaragücü” 18 xalla 11-ci yerdədir. “Rizəspor” isə 22 xalla 8-ci pillədə qərarlaşıb.