Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.
Zəlzələ Muğla şəhəri ilə yanaşı İzmir və Antalyada da hiss edilib.
Təbii fəlakət zamanı 1 nəfər (14 yaşlı qız) ölüb, 69 sakin xəsarət alıb.
Muğla şəhər valisi İdris Akbıyıkın sözlərinə görə, zəlzələ zamanı dağıntı qeydə alınmayıb. Ölən və xəsarət alanlar təşvişə düşən, hündürlükdən tullananlardır.
Xəsarət alanların həyati təhlükəsi yoxdur. Yaralananlardan 45 nəfəri xəstəxanalara yerləşdirilib.